Lavaşdan çox dadlı pendirli piroq

Tərkib:

- 7 ədəd kiçik lavaş

- 400 ml qatıq

- 1 ədəd yumurta

- 3 x.q. bitki yağı

- 300 qr holland pendiri

Hazırlanması:

1. Yumurta, qatıq, bitki yağı yaxşı qarışdırılır.

2. Pendir sürtdəcdən keçirilir.

3. Piroq üçün olan formaya kərə yağı çəkin.

4. Hər lavaşı yumurtalı-qatıqlı qarışığa salın, formaya qoyun, üzərinə pendir səpin. Sonuncu lay pendir olmalıdır.

5. Sobanı 180 C qədər qızdırın, piroqu təxminən 20-25 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.Az


.