Tavada hazırlanan PİZZA. Tez və asan

Tərkib:

- 2 ədəd yumurta

- 4 x.q. qatı xama

- 3 x.q. mayonez

- 9 x.q. un

İçlik üçün:

- 2 x.q. ketçup

- 1 ədəd soğan

- 150 qr bişmiş toyuq filesi (və ya kolbasa)

- 1-2 pomidor

- 150 qr holland pendiri

Hazırlanması:

1. Yumurta, xama və mayonez qarışdırılır, hissə-hissə ələnmiş un əlavə olunur, yaxşı qarışdırılır.

2. Tavanı qızdırırıq, bitki yağı tökürük, sonra xəmir tökürük.

3. Xəmirin üzərinə ketçup tökürük, yayırıq.

4. Üzərinə uzun-uzun doğranmış soğan, sonra doğranmış toyuq və nazik doğranmış pomidor düzürük.

5. Üzərinə sürtgəcdən keçirilmiş pendir tökürük, tavanın qapağını örtürük və vam odda hazır olana qədər bişiririk. Pendir yaxşı əriməlidir, pizzanın altı isə bərk olmalıdır.

Nuş olsun!

Evdarliq.az