Ev şəraitində TOYUQ NAGETSLƏRİ

Uşaqların əksəriyyəti (və həmçinin böyüklər də) toyuq nagetslərini xoşlayır. Ev şəraitində asanlıqla dadlı toyuq nagetslərini hazırlamaq olar.

Bunun üçün bizə 400 qr toyuq filesi, 1 stəkan uyüdülmüş suxari, 2 yumurta, 50 qr bitki yağı, duz və istiot lazım olacaq.

Hazırlanması:

1. File yuyulur, nazik tikələrə doğranılır, duz, istiot əlavə olunur.

2. Yumurta çalınır.

3. Toyuq tikələrini əvvəl yumurtaya, sonra suxarilərə salırıq və isti bitki yağında hər iki tərəfdən  qızardırıq.

4. Hazır nagetsləri salfetin üzərinə qoyun ki, artıq yağ salfetə hopulsun.

5. Nagetsləri masaya qızardılmış kartofla vermək olar.

Nuş olsun!

Evdarliq.Az



 

 

.