Yəqin ki, lahmacunu sevməyən çox az adam tapılar. Bəs bu ləzzətli təamı evdə hazırlmağa nə deyirsiniz?
Həm daha sağlıqlı və ləzzətli olacaq, həm də tez hazırlanacaq.
Ərzaqlar:
- 7-8 ədəd lavaş
- 300 qram az yağlı qiymə
- 3 ədəd rəndələnmiş pomidor
- 2 ədəd yaşıl bibər
- 1 ədəd quru soğan
- 1/3 dəstə cəfəri
- Yarım stəkan duru yağ
- Duz, qara bibər, pul bibər, razyana, yarım qaşıq bibər tomatı
Hazırlanma qaydası:
1. Cəfəri, soğan və bibəri nazik doğrayın. Digər ərzaqlarla birlikdə qarışdırın.
2. Hazırlanan içliyi lavaşların üstünə yayın.
3. 200 dərəcədə əvvəldən qızdırılmış sobada bişirin.
Nuş olsun!
Aile.lent.az