Sarımsaqlı suxariklər. Uşaqları sevindirin!

Uşaqların əksəriyyəti dükanlarda satılan suxarikləri xoşlayır. Lakin bu suxarilərin tərkibində müxtəlif ziyanlı maddələr (dadvericilər, aromatizatorlar və s.) var.

Bu maddələr sağlamlıq üçün ziyanlıdır.

Uşaqları sevindirmək üçün ev şəraitində çox dadlı və ziyansız suxariklər hazırlaya bilərsiniz.

Tərkib:

- bir neçə tikə çörək

- 5 diş sarımsaq

- bitki yağı

- duz, istiot, istənilən ədviyyatlar (zövgə görə)

Hazırlanması:

1. Çörəyi kiçik tikələr şəklində doğrayın.

2. Sarımsağı doğrayın, yağda qızardın, yağı süzün (sarımsaq bizə lazım olmayacaq).

3. Yağa duz, istiot, ədviyyatlar əlavə edin, qarışdırın.

4. Çörəyi yağın içinə qoyun, ehtiyatl qarışdırın.

5. Sobanı qabaqcadan 150 C qədər qızdırın, çörəyi tavaya qoyun, təxminən 30 dəqiqə ərzində sobada qurudun. Hər 10 dəqiqədən bir suxarikləri qarışdırın.

6. Hazır suxarikləri salfetin üzərinə qoyun ki, artıq yağ salfetə hopulsun.

7. Belə suxarikləri salatlara da əlavə etmək olar.  

Nuş olsun!

Evdarliq.az