Tərkib:
- 12-15 orta ölçüdə pomidor
- 250 qr holland pendiri
- göyərti (zövqə görə)
- 3 diş sarımsaq
- mayonez
- duz, istiot
Hazırlanması:
1. Pomidorları yuyun, içini təmizləyin.
2. Pendiri sürtgəcdən keçirin, sarımsağı sarımsağəzənlə əzin, göyərtini xırda-xırda doğrayın, mayonez, duz, istiot əlavə edin, yaxşı qarışdırın.
3. Pomidorlara içlik doldurun.
4. Tayaya yağ çəkin, pomidorları qoyun.
5. Sobanı qabaqcadan 120 C qədər qızdırın. Tavanı sobaya qoyun, pendir əriyənə qədər bişirin.
Nuş olsun!
Evdarliq.Az