Tez hazırlanan ƏTLİ PİROJKİ

Mayalı xəmirdən istifadə olunmağına baxmayaraq pirojki çox tez hazırlanır.

Tərkib:

Xəmir üçün:

- 1/2 l süd

- 2 ç.q. quru maya

- 1/3 stəkan bitki yağı

- 1 x.q şəkər tozu

- 3-4 stəkan un

- 1 çimdik duz

İçlik üçün

- 1/2 kq farş

- 1 baş soğan

- 1 x.q. tomat

- duz, istiot, sarıkök

Üzərinə çəkmək üçün 1 yumurta.  

Hazırlanması:

1. İlıq südə maya, şəkər tozu, duz əlavə edin, qarışdırın, isti yerdə 30 dəqiqə saxlayın.

2. Bitki yağı, ələnmiş un (hissə-hissə) əlavə edin, xəmir yoğurun. Xəmir yumşaq və elastik alınmalıdır.

3. Xəmiri 1 saat isti yerdə saxlayın.

4. Farşa qızardılmış soğan, tomat, duz, istiot, sarıkök əlavə edin, yaxşı qarışdırın.

5. Xəmirdən tikələr kəsib kürəciklər formasına salın və masanın üzərində düzün.

6. Xəmiri kökə şəklinə salın, ortasına içlik qoyun, pirojki düzəldin.

7. Tavaya yağ çəkin, pirojki düzün, üzərinə çalınmış yumurta çəkin.

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Pirojki təxminən 35-40 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...