Tez hazırlanan xiyar turşusu

Bu çox maraqlı reseptdir. Xiyarlar dadlı, ətirli, xırçıldadan alınır.

Tərkib:

- 1 kq xiyar (kiçik xiyarları seçin)  

- 1 x.q. duz

- 5-6 diş sarımsaq

- şüyüd, reyhan, qarağat və albalı yarpaqları, qıtığotu kökü, 2-3 mixək, 2-3 qara istiot.  

Hazırlanması:

1. Xiyar yuyulur, hər iki başı kəsilir. Sarımsaq xırda doğranılır.

2. Xiyarı, göyərtiləri, yarpaqları, sarımsağı və s. sellofan paketə qoyun, duz tökün.

3. Paketi bağlayın, sirkələyin ki, duz bir qaydada paylansın.

4. Sonra bu paketi digər paketə qoyun, bağlayın və 4-5 saat ərzində mətbəxdə saxlayın. Vaxtaşırı paketi silkələyin.

5. Hazır xiyarları bankaya yığın və soyuducuda saxlayın.

Nuş olsun!

Mənbə: amamam.ru



 

 

.