Qəlyanaltılar

Açıq ətli piroq

Tərkib:

xəmir:

- 200 q kartof

- 200 q un

- 1 yumurta

- 50 q kərə yağı

- duz

iç:

- 500 q mal əti, yaxud qiymə

- 2 bolqar bibəri

- 1 pomidor

- 2 orta boy baş soğan

- 100 ml 33-38%-li qaymaq

- 100 ml süd

- 2 yumurta

- 2 x.q. tomat pastası

- duz, istiot

- sürtgcdən keçirilmiş pendir

Hazırlanması:

1. Kartofu xırda doğrayıb duzlu suda bişirin. Sonra suyunu süzüb əzin.

2. Yumurta, yağ qatıb yaxşıca qarışdırın.

3. Un qatıb xəmir yoğurun. Kənarları açılan formaya döşəyin, kənarlarını qaldırın. İçi hazırlayanadək dondurucuda saxlayın.

4. Bibəri xırda doğrayıb yüngülcə qovurun. Soğanı xırdalayıb ayrı tavada qovurun, qiyməni, yaxud xırda doğranmış əti əlavə edib bişirin, duz vurun. Bibəri və xırda doğranmış pomidoru əlavə edin. Formanı dondurucudan çıxarın, içi xəmirin üzərindən döşəyin.

5. Qaymaq, süd və tomat pastasını qarışdırın. Yumurta qatıb yüngülcə çalın. Duz-istiot vurun. Piroqun üzərinə gəzdirin.

6. 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişməyə 10 dəqiqə qalmış üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

Nuş olsun!

Milli.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика