Kələmlə pirojki

Tez hazırlanan və çox dadlı və zərif pirojki.

Tərkib:

- 2 stəkan un

- 1/2 stəkan bitki yağı

- 1/2 stəkan su

- 1 çimdik duz

İçlik:

- 1 kq kələm

- 1 ədəd kök

- 1 ədəd baş soğan

Hazırlanması:

1. İçlik hazırlayırıq. Kələmi tavada kök və soğanla qızardırıq, turşuluq üçün 1 çay qaşığı limon şirəsini əlavə edirik.

2. Ələnmiş un, yağ, su və duzdan elastik xəmir hazırlayırıq, 12-14 hissəyə bölürük.

3. Xəmiri çox nazik yayırıq, bir qırağına içlik qoyurur və siqara formasında bükürük.

4. Tavaya perqament kağızı səririk, pirojkiləri tikişi aşağı olmaqla düzürük, üzərinə çalınmış yumurta sarısını çəkirik.

5. Sobanı qabaqcadan 200 C qədər qızdırırıq və pirojkiləri 20-30 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...