Makaron piroqu. Qeyri-adi dadlı qəlyanaltı

İnqrediyentlər:

- 400 qr makaron

- 400 qr farş

- 200 qr holland pendiri (150 qr sous hazırlamaq, 50 qr üzərinə tökmək üçün)

- 300 qr süd

- 2 x.q. kərə yağı

- 2 x.q. un

- duz, istiot

Hazırlanması:

1. Makaron yarıhazır olanan qədər bir neçə dəqiqə ərzində bişirilir, suyu süzülür, makarona kərə yağı əlavə olunur.

2. Farşı soğanla su çəkilənə gədər tavada qızardın, duz, istiot əlavə edin, qarışdırın.  

3. Sous hazırlayırıq. Qazanda kərə yağını əridin, un, süd əlavə edin, qaynara düşənə qədər qızdırın. Süd qaynamağa başlayanda, qazanı oddan götürün, sürtgəcdən keçirilmiş pendir əlavə edin, yaxşı qarışdırın. Həmcins kütlə alınmalıdır.  

5. Formaya kərə yağı çəkin, makaronların yarısını qoyun, üzərinə farş, üzərinə yenə makaron qoyun.

6. Üzərinə bir bərabərdə sous, sonra qalan pendir tökün.

7. Sobanı qabaqcadan 180 C qədər qızdırın və 25-30 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.