Sobada kartof. Qeyri-adi dadlı qəlyanaltı

Tez hazırlanan və çox dadlı qəlyanaltıdır.

Lazım olan məhsullar:

- 5-6 ədəd kartof

- 5 qaşıq xama

- 2-3 diş sarımsaq

- 100 qr holland pendiri

- keşniş

- duz, istiot

Hazırlanması:

1. Kartofu kiçik fırça ilə yaxşı yuyun və qabıqlı şəkildə bir qədər duz əlavə olunmuş suda bişirin. Fikir verin ki, kartof dağılmasın!

2. Soyudun, uzununa 2 hissəyə bölün.

3. Çay qaşığı ilə içərisini oyun və boşqabda xama, xırda doğranmış keşniş, sarımsaq, duz və istiotla yaxşı qarışdırın.

4. Alınmış içliyi kartofun içinə doldurun, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.     

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, kartofu kərə yağı çəkilmiş tavaya qoyun və sobada pendir əriyənə qədər bişirin.

Nuş olsun!

Evdarliq.Az




loading...

QADINLARIN ORTAQ DƏRDİ - MASTOPATİYA...