Çox asan və tez hazırlanan qəlyanaltıdır.
İnqrediyentlər:
- 1 ədəd toyuğun sinə əti
- 1 baş soğan
- 600 qr un
- 1 ç.q. soda
- 1 stəkan qatıq
- 2 x.q. zeytun yağı
- 1 yumurta
- duz, istiot
Hazırlanması:
1. Ələnmiş un, zeytun yağı, yumurta, qatıq, soda və duz yaxşı qarışdırılır.
2. Toyuq əti soğanla birlikdə 2 dəfə ətçəkən maşınından keçirilir, duz, istiot əlavə olunur, yaxşı qarışdırılır.
3. Farş xəmirə əlavə olunur, yaxşı qarışdırılır, xəmir yoğrulur.
4. Xəmir 8 hissəyə bölünür, kökə şəklində yayılır və tavada orta odda bitki yağında hər iki tərəfdən qızardılır.
5. Hazır kökələrin üzərinə xırda doğranmış keşniş tökmək olar.
Nuş olsun!
Evdarliq.az