PENDİRLİ KÖKƏLƏR. Əla səhər yeməyi

İnqrediyentlər:

- 1 stəkan qatıq
- 1/2 ç.q duz
- 1/2 ç.q. şəkər tozu
- 1/2 ç.q. soda
- 1 stəkan sürtgəcdən keçirilmiş holland pendiri
- 2 stəkan un
- bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
1. Qatığa duz, şəkər tozu, soda əlavə olunur, yaxşı qarışdırılır.
2. Pendir və ələnmiş un əlavə olunur, yaxşı qarışdırılır, xəmir yoğrulur.
3. Xəmirdən kiçik kökələri yayın.
4. Tavanı qızdırın. Kökələri orta odda qızılı rəng alana qədər hər iki tərəfdən qızardın.

Nuş olsun!
Evdarlıq.Az