Pizza üçün tez hazırlanan mayasız xəmir

Dadlı pizzanın alınmasında düzgün hazırlanmış xəmir böyük rol oynayır.

Sizə pizza üçün mayasız xəmir reseptini təqdim edirik. Əsl italyan pizzası məhz belə mayasız xəmirdən hazırlanır.

İnqrediyentlər:

- 1,5 stəkan un

- 1 ç.q. qabartma tozu

- 100 ml su

- 4 x.q. zeytun yağı

- 1 çimdik duz

Hazırlanması:

1. Un ələnir, qabartma tozu, duz əlavə olunur, qarışdırılır.

2. Su və zeytun yağı əlavə olunur, qarışdırılır, 5-6 dəqiqə ərzində xəmir yoğrulur.

3. Xəmiri yayın, üzərinə istədiyiniz içlik düzün və sobaya qoyun.

Evdarliq.Az


.