Göbələklə toyuq sotesi

Sote asan və tez hazırlanan çox dadlı yeməkdir. Masaya istənilən qarnirlə verilə bilər (püre, düyü, spagetti və s.).

İngrediyentlər:

- 1 ədəd toyuq filesi

- 1 ədəd kök

- 1 ədəd baş soğan

- 1 ədəd iri pomidir

- 1 ədəd iri bolqar bibəri

- 250 qr şampinyon göbələyi

- 2 diş sarımsaq

- 50 qr zeytun yağı

- duz, qırmızı və qara istiot (zövqə görə)

Hazırlanması:

1. İsti tavaya zeytun yağını tökün, qızdırın, uzun-uzun doğranılmış toyuq filesini qoyun və 5 dəqiqə ərzində qızardın.

2. Kökü uzun-uzun doğrayın, toyuğa əlavə edin, qarışdırın, 5 dəqiqə qızardın.

3. Göbələyi nazik uzun-uzun doğrayın, tavaya əlavə edin, qarışdırın, 5 dəqiqə qızardın.

4. Soğanı nazik-nazik doğrayın, tavaya əlavə edin, qarışdırın, 5 dəqiqə qızardın.

5. Bibəri uzun-uzun doğrayın, tavaya əlavə edin, qarışdırın, bir neçə dəqiqə ərzində qızardın.  

6. Pomidorun üzərinə qaynar su tökün, qabığını soyun, pomidoru doğrayın və tavaya əlavə edin.

7. Duz, istiot əlavə edin, sarımsağı sarısağaəzənlə tavaya sıxın, qarışdırın. Tavanın qapağını kip bağlayın, hazır olana qədər vam odda bişirin.

Nuş olsun!

Evdarliq.Az