Qoyun ətindən çox dadlı buğlama hazırlamaq olar.
Lazım olan məhsullar:
- 600 qr qoyun əti (bud hissəsi)
- 1/2 çay qaşığı zəfəran
- 1 l bulyon (bulyon olmadıqda su istifadə edə bilərsiniz)
- 1 dənə soğan
- 1 dənə kök
- 4 dənə orta ölçüdə pomidor (təzə və ya konservləşdirilmiş)
- 1 ç.q. duz
- 1 çimdik qara istiot
- 1/2 ç.q. döyülməmiş qara istiot
- 3 diş sarımsaq
- 4 x.q. zeytun yağı
Hazırlanması:
1. İlıq bulyona zəfəran salın, 15 dəqiqə ərzində dəmləyin.
2. Divarları qalın olan qazana zeytun yağı tökün, əti qoyun və hər iki tərəfdən bir qədər qızardın.
3. Soğanı kub şəklində, kökü dairə şəklində doğrayın, sarımsağı bıçaqla bir az əzin (doğramaq lazım deyil) və ətə əlavə edin.
4. Qaynara düşəndə istiot, duz əlavə edin.
5. Pomidorların qabığını soyun, 4 hissəyə bölün və ətə əlavə edin.
6. Qazanın qapağını bağlayın və vam odda 1-1,5 saat bişirin.
Nuş olsun!