İsti yeməklər

Göbələkli dolma. Nəfis dad!

Çox dadlı və qeyri-adi yeməkdir.

Lazım olan məhsullar:

- 8 bolqar bibəri,

- 500 qr şampinyon,

- 2 dənə soğan,

- 2 dənə pomidor,

- 1 dənə kök,

- 70 qr düyü,

- 300 qr ət bulyonu,

- 3 xörək qaşığı tomat

- 50 qr zeytun yağı,

- 1 dəstə cəfəri, 1 dəstə şüyüd,

- duz, istiot

Hazırlanması:

1. Tavada xırda doğranmış gobələklə soğan zeytun yağında qızardılır.

2. Qabığı soyulmuş və xırda doğranmış pomidor, sürtgəcdən keçirilmiş kök və xırda doğranmış göyərtilər əlavə olunur və vam odda bişirilir.

3. Tərəvəzlər hazır olanda 2 xörək qaşığı tomat, yarıbişmiş düyü və zövqə görə duz və istiot əvalə olunur və yaxşı qarışdırılır. Bir neçə dəqiqə qaynadıqdan sonra içlik kənara qoyulur və soyudulur.

4. Bibər yuyulur və təmizlənir. Bibərə içlik doldurulur, divarları qalın qazana yığılır və üzərinə çıxana qədər bulyonla qarışdırılmış 1 xörək qaşığı tomat əlavə olunur. Yemək vam odda 30-40 dəqiqə ərzində bişirilir.

Nuş olsun!

Evdarliq.Az


.....

.
.

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика