Əsl spaqetti. İtaliya dadı!

Spaqetti ən asan və dadlı yeməklərdən biridir.

Spaqettinin reseptləri olduqca çoxdur. Biz sizə ən tanınmış reseptlərdən birini təqdim edirik.

Lazım olan məhsullar:

- 1 paçka spaqetti

- 400 qr farş

- 2 dənə baş soğan

- 3 diş sarımsaq

- 100 qr tomat pastası

- 2 dənə yerkökü

- 1/2 stəkan bulyon

- zeytun yağı

- duz, qara istiot, quru reyhan.

Hazırlanması:

1. Spaqetti  bişiririk. (Spaqetti yapışmasın deyə suya 1 xörək qaşığı zeytun yağı əlavə edirik.)

2. İsti tavaya zeytun yağı tökürük. Sarımsağı 2 yerə bölüb yağda qızılı rəng alana qədər qızardırıq və sonra yağdan çıxardırıb atırıq (sarımsağın dadı yağa çıxıb).

3. Soğanı uzun-uzun doğrayırıq, kökü sürtgəcdən keçirdirik  və yağda qızardırıq.

4. Tərəvəzlər yumşaq olanda farş əlavə edirik və orta odda qarışdıra-qarışdıra 15 dəqiqə ərzində bişiririk.

5. Sonra  tomat pastası, bulyon, duz, istiot, reyhan əlavə edilir, yaxşı qarışdırılır, qazanın qapağı örtülür  və sous vam odda hazır olana qədər bişirilir.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...