Bu toyuq kotletləri çox yumşaq və dadlı alınır.
Lazım olan məhsullar:
- 800 qr toyuq filesi
- 100 qr boyat ağ baton
- 100-150 qr qaymaq
- 50 qr kərə yağı
- duz
- istiot
- üyüdülmüş suxarı
- kərə yağı + bitki yağı (qızartmaq üçün)
Hazırlanması:
1. Batonun içini xırda doğrayın, üzərinə qaymaq töküb 5 dəqiqə saxlayın.
2. Toyuq fikesini ətçəkən maşınından keçirin, yumşalmış çörək, duz , istiot əlavə edin, yaxşı qarışdırın.
3. Dondurulmuş kərə yağını farşın içinə sürtgəcin iri gözündən keçirin, qaşıqla ehtiyatla qarışdırın ki, yağ əriməsin.
4. Hazır farşı 30-40 dəqiqə soyuducuda saxlayın.
5. Farşdan kotletləri formalayın, suxarının içində yuvarladın.
6. Kotletləri hər 2 tərəfdən qızılı rəng alana kimi qızardın. Sonra tavanın qapağını örtün və vam odda 5 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.Az