Qulyaş bir çox mətbəxlərdə var. Dadlı və ətirli qulyaş hazırlamaq üçün bəzi qaydaları bilmək vacibdir.
- Qulyaş üçün yumşaq mal və ya dana əti istifadə olunur.
- Qulyaş qatı alınmalıdır.
- Qulyaşın hazırlanması zamanı müxtəlif ədviyyatlardan istifadə olunur.
- Qulyaşı çuğun qazanda bişirmək lazımdır.
Qulyaş süfrəyə müxəlif qarnirlərlə (püre, düyü, qarabaşaq və s.) verilə bilər.
Lazım olan məhsullar:
- Ət - 700 qr
- Kök - 2 dənə (orta ölçüdə)
- Bolqar bibəri - 2 dənə (orta ölçüdə)
- Soğan - 1 baş
- Tomat pastası - 2-3 xörək qaşığı
- Zeytun yağı - 2-3 xörək qaşığı
- Duz, istiot, dəfnə yarpağı.
Hazırlanması:
1. Ət orta tikələrə doğranılır, yuyulur, qurudulur və çuğun qazanda güclü odun üzərində 3-5 dəqiqə ərzində qovrulur. Sonra od azaldılır və ət bir qədər də bişirilir.
2. Ayrı tavada zeytun yağında uzun-uzun doğranmış soğan, kök və bibər qızardılır. Sonda tavaya tomat pastası əlavə olunur, qarışdırılır və vam odda hazır olana qədər bişirilir.
3. Tərəvəzləri ətlə olan qazana əlavə edin, qarışdırın, üzərinə çıxana kimi bulyon və ya qaynanmış su tökün və ən zəif odda qapağı bağlı qazanda təxminən 1-1,5 saat ərzində bişirin.
4. Hazır olana yaxın qulyaşa zövqə görə duz, istiot və dəfnə yarpağı əlavə olunur. (Qulyaş hazır olandan sonra dəfnə yarpağı çıxarılır ki, yemək acı dad verməsin).
Nuş olsun!
Evdarliq.Az