Kartofla inanılmaz dadlı YEMƏK RESEPTİ

İnanılmaz ləzzətli reseptlə qarşınızdayıq.

Tərkibi:

1 orta boy qaynadılmış kartof, 1 çay qaşığı kərə yağı, 1 dilim kolbasa, 1-2 nazik dilim holland pendiri, duz, qara istiot, 1 incə budaq soğan, bir az cəfəri, istəyə görə şüyüd.

Hazırlanması:

Qaynadılmış kartofları nimçəyə və ya çörək qabına düz qoyun. Üst hissəsini qapaq kimi bıçaqla açın. Bir çay qaşığı içini çıxarın.


Kartofun içini yüngülcə duzlayın, əvvəlcə kərə yağı, sonra isə incə doğranmış kolbasanı əlavə edin. Sonra xırda doğranmış pendirin yarısını əlavə edin.

Kartofun içinə 1 yumurta əlavə edin, qalan pendiri yumurtanın üstünə səpin.

Xırda doğranmış göyərti səpdikdən sonra duz və istiot əlavə edin.

Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə yumurtanın ağı istədiyiniz konsistensiyaya çatana qədər bişirin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.