Göbələkli toyuqlu Sote, möhtəşəm dad - RESEPT

Evdarliq.Az olaraq sizin üçün həm asan, həm də könülləri fəth edəcək toyuqlu göbələkli sote yeməyi reseptini paylaşırıq.

Məhsullar:

600 qram toyuq ağ əti

500 qram göbələk

3 xörək qaşığı zeytun yağı


1 pomidor

2 yaşıl bibər

2 qırmızı bibər

1 çay qaşığı təzə üyüdülmüş rəngli bolqar bibəri

1 çay qaşığı kəklikotu

1 çay qaşığı duz

Hazırlanması:

Soyulmuş pomidoru kiçik kublara doğrayın. Yaşıl və qırmızı bibərləri toxumlardan ayırın və yarıya bölün. Göbələkləri ölçüsündən asılı olaraq nazik dilimlərə və ya böyük parçalara doğrayın. Zeytun yağını tavada qızdırın. Doğranmış toyuq filesini yüksək odda qızardın. Doğranmış yaşıl və qırmızı bibərləri, göbələkləri əlavə edin və 10 dəqiqə sote prosesinə davam edin. Doğranmış pomidor, duz, üyüdülmüş qara bibər və kəklikotu əlavə edin. Pomidorlar buxarlanana qədər bişirməyə davam edin. İstəyə görə - İncə doğranmış cəfəri əlavə edilərək masaya verin.

Nuş Olsun!

Evdarliq.Az



 

 

.