Heyretamiz dad – Nar Plovu RESEPTİ

Bu gün dadlı nar plovu reseptini oxucularımızla bölüşürük.

Yemək yanında və ya əsas yemək olaraq hazırlaya biləcəyiniz nar plovu resepti ilə qarşınızdayıq. Bolluğun simvolu olan nar bu plov reseptində vizual gözəllik yaradır və onun dadına ləzzət qatır.

Məhsullar:

1 stəkan düyü

1 böyük soğan


1 xörək qaşığı qarağat

1 paket fıstıq

1 xörək qaşığı kərə yağı

2-3 xörək qaşığı zeytun yağı

1,5 stəkan qaynar su

1/2 çay qaşığı darçın

1/2 çay qaşığı qara bibər

1 çay qaşığı ətirli bibər

1 çay qaşığı duz

1 ovuc şüyüd

1 ovuc cəfəri

1 ovuc nar

Hazırlanması:

İlk öncə düyünü islataq. Soğanı incə doğrayaq. Qarağatları isti suda isladın. Bir qazana zeytun yağını əlavə edib şam qozunu əlavə etməklə başlayaq. Bir az rəng alanda soğanı əlavə edib qovurmağa davam edin. Yaxşıca yuyub süzdüyümüz düyü əlavə edib bir az da qovuraq. Duzdan başqa ədviyyatları əlavə edib qarışdırın. Qarağat əlavə edək. Ən sonda qaynadılmış su, duz və kərə yağı əlavə edib qarışdırırıq. Güclü odda qaynayana qədər, sonra isə ən zəif odda suyunu çəkənə qədər bişirin. Suyu çəkdikdən sonra üzərini dəsmal ilə örtüb qapağı bağlı dəmlənməsi üçün gözləyək. Şüyüd və cəfərini xırda doğrayıb ilıq düyüyə əlavə edib qarışdıraq. Narla bəzəyib süfrəyə verin. Nuş olsun.

Evdarliq.Az



 

 

.