Qara dənizin ən məşhur ləzzəti – MUHLAMA RESEPTİ

Qara dənizin ən məşhur ləzzətlərindən biri olan muhlamaya səhər yeməyi süfrələrinizdə yer ayırmalısınız! Çox ləzzətli və dadlı resepti sizinlə paylaşırıq.

Məhsullar:

4 xörək qaşığı kərə yağı,

4 xörək qaşığı qarğıdalı unu,

2 stəkan su,


300 qram pendir (Holland pendiri olması daha uyğun olar)

HAZIRLANMASI:

Kərə yağı tavaya qoyun. Qarğıdalı unu az-az əlavə edib taxta qaşıqla qovurmağa başlayın, qarğıdalı unu rəng alanda su əlavə edin. Pendirini əlavə edib qarışdırın.Muhlamanı az odda, arabir qarışdıraraq bişirin. Üzərinə kərə yağı qatın və rəngi çıxanda ocaqdan götürdüyünüz qabı gözləmədən isti-isti qablara ayırın.

Nuş Olsun!

Evdarliq.Az



 

 

.