Əti ləzzətli qızardırıq! AŞPAZLARIN SİRRLƏRİ

Birinci qayda. Doğru seçilmiş ət

Hazırlayacağınız yeməyə uyğun doğru əti seçmək ən vacib qaydadır. Sinə ətindən məsələn gözəl steyk bişirmək mümkün deyil. Onu tavada qızardmaq və ya sousa istifadə etmək daha doğru seçimdir. Və unutmayın ki ət nə qədər cavan olsa, o qədər dadlı və yumuşaq olar.

İkinci qayda. Marinad

Əti qızartmadan əvvəl marinad etmək mütləqdir. Əti əzilmiş sarımsaqla ovuşdurduqdan sonra bibər çəkib bitki yağı ilə sürtüb biraz saxlamaq onu daha ətirli və dadlı edəcək. Bişirmədən əvvəl duzlamağı məsləhət görmürük çünki duz ətin dadını azaldır, ət suyunun vaxtından əvvəl buxarlanmasına səbəb olur. Buna görə də, qızartmanın ən sonunda əti duzlamaq lazımdır.

Üçüncü qayda. Çevirmə

Qızartma zamanı ət tez -tez çevrilməməlidir. Adətən yalnız birinci tərəf demək olar ki, hazır olduqda digər tərəfə çevrilir.

Dördüncü qayda. Qızartma dərəcəsi

Dadlı qızardılmış ət öncə az dərəcədə (içi bişənə qədər) sonra isə yüksək dərəcədə bişirilməlidir.

Beşinci qayda. Yeməyi masaya verməzdən əvvəl qızardın

Bişmiş ət parçaları və ət yeməklərin dadı saxlama zamanı pisləşir. Buna görə ət masaya verməzdən bir qədər əvvəl qovrulmalıdır.

Nuş Olsun!

Evdarliq.Az