Əti yumşaq bişirmək üçün 9 MƏSLƏHƏT

 

Yumuşaq və dadlı ət bişirmək üçün qeyri-adi vasitələrə və ya aşbaz olmağa ehtiyac yoxdur.

Daha yumşaq, daha şirəli və daha dadlı ət bişirmək üçün peşəkarlaqrda 9 məsləhət.

Xardal

Xardal ətin yumuşaq bişməsinə kömək edir və ətə inanılmaz iştah açıcı ətir verir. Pişirməzdən əvvəl xardalı ətin üzərinə çəkin, bir saat saxlayın, sonra durulayın - ət daha dadlı və çox yumuşaq olacaq.

Alkoqol

Əti qızardarkən tavaya əlavə edin. Bişirmə zamanı spirt yeməkdən buxarlanacaq.

Duz

Daha doğrusu, ətin duzlanmasına düzgün yanaşma kömək edə bilər. Birincisi, ət bişirməyin ən sonunda, hətta verilirkən duzlanmalıdır. İkincisi, çox az duzlanmaləıdır. Ətin özü duzludur, buna görə 1 kq ət üçün yalnız 1 çay qaşığı yetər.

Mineral Su

Əti marinad edərkən adi deyil, qazlı mineral suyu istifadə edin. Bişirərkən ətə pomidor dairələri qoya bilərsiniz, onlar da ətə yumşaqlıq verir.

Yeri gəlmişkən, ət qızardarkən kərə yağına əlavə edilən bir dilim limon da dadını daha zəngin edir.

Soğan suyu

İstər ət çəkən maşınından keçirilmiş, istər qaynadılmış, istərsə də qızardılmış – bütün ət yeməkləri soğanı “sevir”. Marinada qoyularkən soğanı incə halqalara doğramaq daha məsləhətdir. Həm əti yumuşaldır həm də ətin dadına müsbət təsir etir. Ətirli, dadlı və yumuşaq ət istyəyirsinizsə soğanı unutmayın.

Duzlu su

Sərt ət duzlu suda saxlanılarsa qızarılanda çox yumuşaq olacaq.

Ət iri parça halında bişiriləcəksə duzlu suya qoyarkən ət üzərində çəngəl ilə kiçik görünməz deliklər açılmalıdır.

Nişasta

Əti həll edilmiş nişastalı suya batıra bilərsiniz. Bu ətin içini daha yumuşaq üzərini isə xırtıldayan edəcək.

Çin üsulu

Çinlilər yumuşaq ətin sirrini soya sousunda olduğunu deyir. Soya, qarğıdalı nişastası və bir stəkan spirt əlavə edərək marinad hazırlayırlar. Əti bu və bu marinadda bir gecə saxlayırlar.

Sulu qaynadılmış ət

Əti qaynadırsınızsa mütləq qaynayan suya əlavə edin, üzərindəki kəfi yığın, bir orta çay qaşığı şəkər tozu ətin dadını açacaq. Duzu hazır olmağa 5-10 dəqiqə qalmış əlavə edin.

Nuş Olsun.

Evdarliq.Az