Heyva ilə qoyun əti. Çox sadə resept!

İnqrediyentlər:

  • 800 qr qoyun əti
  • 2 heyva
  • 1 iri soğan
  • 1 ç.q. zirə
  • duz, istiot
  • bitki yağı
  • təxminən yarım stəkan bulyon

Hazırlanması:

  1. Əti yağda qovurun.
  2. Heyvanı dilimlərə doğrayın, ortasını kəsin.
  3. Soğanı halqalar şəklində doğrayın.
  4. Ətin üzərinə əvvəl heyva, sonra soğanı düzün, duz, istiot, zirə əlavə edin, bulyon tökün.
  5. 1-1,5 saat ərzində zəif odda bişirin. Masaya düyü, bulqur, püre ilə vermək olar.

Nuş olsun!

Evdarliq.az



 

 

.