Ərzaqlar:
- 500 qr farş
- 3 badımcan
- 4-5 pomidor
- 1 baş soğan
- 3-4 diş sarımsaq
- 200 qr bərk pendir (məsələn, holland pendiri)
- duz, istiot, bitki yağı.
Hazırlanması
- Badımcanları halqalar şəklində doğrayın, duzlu suda 20 dəqiqə saxlayın, hər 2 tərəfdən qızardın.
- Soğan və sarımsağı xırda doğrayın, yumşalana qədər qızardın, farş əlavə edin, qarışdırın, duz, istiot əlavə edin, hazır olana qədər qızardın.
- Pomidorları soyun, halqalar şəklində doğrayın, pendiri sürtgəcdən keçirin.
- Formaya yağ çəkin, farş qoyun, hamarlayın, üzərinə pendirin yarısını səpin.
- Üzərinə badımcanları, sonra pomidorları düzün, qalan pendiri səpin.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, 20-25 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az