Ərzaqlar:
- 1-1.2 kq toyuq
- 300 qr şampinyon
- 1 baş soğan
- 3-4 diş sarımsaq
- 2 x.q. bitki yağı, duz, istiot (zövqə görə digər ədviyyatlar)
Hazırlanması:
- Soğanı xırda doğrayın, bitki yağında yumşalana qədər qızardın.
- Xırda doğranmış göbələk əlavə edin, qızardın, duz istiot vurun.
- Sarımsağı sarımsağəzənlə əzin, 2 x.q. bitki yağı ilə qarışdırın, duz, istiot vurun, qarışdırın.
- Göbələyi toyuğun içinə doldurun, dərini tikin, ayaqları iplə bağlayın.
- Toyuğun üzərinə sarımsaqlı qarışığı çəkin.
- Toyuğu tavaya qoyun, əvvəlcədən 180 C qədər qızıdırılmış sobada 1, 5 saat bişirin.
Nuş olsun!
Evdarliq.az