Məhsullar:
- 1 kq toyuq
- 2 ədəd bolqar bibəri
- 1 ədəd kök
- 1 iri soğan
- 2-3 pomidor
- 3 kartof
- 1 kabaçok
- 3 diş sarımsaq
- 2 x.q. zeytun və ya qarşıdalı yağı
- duz, istiot, sarıkök, zövqə görə digər ədviyyatlar
Hazırlanması
- Toyuğu hissələrə doğrayın, tavaya qoyun.
- Tərəvəzləri doğrayın (pomidorların qabığını soyun), toyuğun ətrafında düzün. Sarımsağı xırda doğrayın və ya əzin, toyuğun üzərinə səpin.
- Üzərinə duz, istiot, sarıkök səpin, yağ tökün, 180 C qədər qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az