Məhsullar:
- 500 qr toyuq filesi
- yarım stəkan ketçup
- yarım stəkan mayonez
- 1 iri soğan
- zeytun
- duz, istiot
Hazırlanması:
- Fileni tikələrə doğrayın.
- Ketçup və mayonezi qarışdırın, duz, istiot əlavə edin, qarışdırın. Marinad hazırdır.
- Fileni marinada qoyun, qarışdırın, 3-4 saat soyuducuda saxlayın.
- File, soğan və zeytunu kabab üçün olan xüsusi taxta çubuğlarına (dükanlarda satılır) keçirin.
- Tavaya bir az yağ çəkin, kababı düzün.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, kababı 35-40 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az