Məhsullar:
- 1 kq sümüksüz qoyun əti
- 3 kivi
- 1 dəstə nanə
- yarım limonun şirəsi
- duz, istiot
Hazırlanması:
- Nanəni və kivini blenderdə xırdalayın, limon şirəsi, duz və istiot əlavə edin, qarışdırın. Ət üçün marinad hazırdır.
- Marinada əti qoyun, soyuquducuda 2 saat saxlayın. Sonra soyuducudan çıxardın, tavaya düzün.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, əti 40-50 dəq. bişirin. Ətin üstü yanmağa başlasa, tavanı folqa ilə örtün.
- Əti masaya düyü, püre, tərəvəzlərlə verə bilərsiniz.
Nuş olsun!
Evdarliq.az