Məhsullar:
- 1 kq balıq filesi (2 ədəd)
- 2 iri lavaş
- 1 dəstə tərxun (yalnız yarpaqlar)
- 100 qr mayonez
- 2 baş soğan
- duz, istiot
Hazırlanması:
- Təmizlənmiş balıq filesini soyuq su ilə yuyun, üzərinə duz, istiot və mayonez sürtün.
- Soğanı yarımdairələr şəklində doğrayın, bir az sıxın ki, şirəsi çıxsın.
- Soğan və tərxunu balıqların içinə doldurun, hər balığı konvert formasında lavaşa, sonra folqaya bükün, tavanın üzərinə qoyun.
- Sobanı qabaqcadan 180 C qədər qızdırılmış sobada 40 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az