Məhsullar:
- toyuq (1-1,2 kq)
- 2 iri heyva
- 8-9 iri qara gavalı qurusu
- duz, istiot, kəklikotu
Hazırlanması:
- Toyuğu yuyun, doğrayın, duz, istiot, bir az kəklikotu, zövqə görə digər ədviyyatları vurun, qarışdırın, 40 dəqiqə saxlayın.
- Qara gavalı və heyvanı tikələrə doğrayın.
- Hamısını soba paketinə qoyun, bir az qarışdırın.
- Paketi bağlayın, bir neçə yerdən deşin, tavaya qoyun.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, toyuğu 45-60 dəqiqə bişirin.
- Toyuğu kartof, düyü və yabaşqa qarnirlə verə bilərsiniz.
Nuş olsun!
Evdarliq.az