Məhsullar:
- 1 orta ölçüdə ördək (təxminən 2 kq)
- 2 alma
- 6 kartof
- 3 diş sarımsaq
- duz, istiot (zövqə görə)
Hazırlanması:
- Ördəyi yuyun, təmizləyin, üstünə və içinə duz sürtün, plyonkaya bükün, 1 gün soyuducuda saxlayın.
- Sarımsağı əzin, istiotla qarışdırın, ördəyə sürtün.
- Almaları doğrayın, ördəyin içinə doldurun, dərini diş çöpləri ilə bərkidin və ya sapla tikin.
- Sobanı qabaqcadan 200 C qədər qızdırın, ördəyi sobaya qoyun, 20 dəqiqədən sonra sobanın temperaturunu 170 C azaldın və təxminən 1 saat 10 dəqiqə bişirin. Vaxtaşırı olaraq çıxan şirəni ördəyin üzərinə tökün.
- Kartofu soyun, 4-8 hissəyə bölün (kartofun ölçüsündən asılıdır), soyuq suya qoyun, duz əlavə edin, 2-3 dəqiqə qaynadın, suyu süzün.
- Kartofu ördəyin hazır olmasına təxminən 20 dəqiqə qalmış tavaya ördəyin ətrafına düzün.
- 20 dəqiqədən sonra yemək hazırdır.
Nuş olsun!
Evdarliq.az