Cücə tabaka tavada. Sadə və dadlı!

Məhsullar:

- 1 cücə (1 kq qədər)

- 2 x.q. ərimiş yağ

- duz, istiot

Sous üçün:

- 3 diş sarımsaq

- 2 x.q. xama

- 1 x.q. su

- duz, istiot

Hazırlanması:

1. Cücəni sinəsinin ortasında uzununa kəsin.

2. Taxtanın üzərinə açıq vəziyyətdə qoyun, plyonka ilə örtün, mətbəx çəkici ilə döyəcləyin ki, yastı olsun.

3. Hər iki tərəfdən duz və istiot vurun, bir az saxlayın.

4. Qalın tavada ərimiş yağı qızdırın, cücəni qoyun, üzərinə su ilə dolu qazan qoyun. Cücəni hər ki tərəfdən qızardın.

5. Hazır olnana yaxın cücənin hər iki tərəfinə sous tökün, 1-2 dəqiqə odda saxlayın. Sous belə hazırlanır: xamaya su əlavə edin, yaxşı qarışdırın, sarımsağı sarımsağəzənlə əzin, əlavə edin, duz, istiot əlavə edin, qarışdırın.

Nuş olsun!

Evdarliq.az



Загрузка...