Məhsullar:
- 500 qr toyuq filesi
- 3-4 kartof
- 150 qr holland pendiri
- 3-4 x.q. mayonez
- duz,istiot
Hazırlanması:
1. Toyuq filesini 1 sm qalınlıqda tikələrə doğrayın, mətbəx çəkiclə bir qədər döyün, duz, istiot vurun, formanın dibinə düzün.
2. Kartofu nazik-nazik doğrayın, duz, istiot vurun, qarışdırın, toyuğun üzərinə düzün, üzərinə mayonez çəkin, sürtgəcdən keçirilmiş pendir səpin.
3. Formanın üzərini folqa ilə bağlayın, 180-200 C qədər qızıdırılmış sobada 1 saat ərzində bişirin.
4. 1 saatdan sonra folqanı götürün, bir az sobada saxlayın ki, üstü qızarsın.
Nuş olsun!
Evdarlıq.az