Balqabaq və kartofla TOYUQ QIZARTMASI

Məhsullar:

- 4 kartof

- 200 qr təmizlənmiş qalqabaq

- 1 baş soğan

- toyuğun bud dibi - 3 ədəd

- 3-4 diş sarımsaq

- duz, istiot, sarıkök

- bitki və kərə yağı (qızartmaq üçün)

- göyərti (zövqə görə)

Hazırlanması:

1. Toyuq ətini sümüklərdən ayırın, uzun-uzun doğrayın, yağda qızardın, duz, istiot vurun, digər qaba qoyun.

2. Kartofu, soğanı və balqabağı uzun-uzun doğrayın.

3. Kartofu tavada 5-7 dəqiqə qızardın, balqabaq və soğan əlavə edin, hazır olana qədər qızardın. Hazır olana yaxın duz, istiot, sarıkök və presdən sıxılmış sarımsaq əlavə edin, qarışdırın.

4. Tavaya toyuq əlavə edin, qarışdırın, 1-2 dəqiqədən sonra oddan götürün.

5. Masaya verəndə üzərinə xırda doğranmış göyərti səpmək olar.

Nuş olsun!

Evdarliq.az  


.
.
Загрузка...