İsti yeməklər

Sarımsaq və ədviyyatlarla QOYUN ƏTİ SOBADA

İnqrediyentlər:

- 1,5 kq qoyun budu (mal ətindən də istifadə etmək olar)

- 10 ədəd yumru qara istiot

- 5 diş sarımsaq

- 1 x.q. qurudulmuş kəklikotu

- 1 x.q. qurudulmuş mərzə otu (zövqə görə digər ədviyyatlardan da istifadə etmək olar)

- 5 x.q. bitki yağı

- duz

Hazırlanması:

1. İstiotu həvəngdəstədə əzin, sarımsaq əlavə edin, yenə əzin.

2. Bitki yağı, kəklikotu, mərzə otunu qarışdırın, istiotla sarımsağı, duz əlavə edin, yenə qarışdırın.

3. Alınmış kütləni ətin hər tərəfinə çəkin.

4. Əti folqaya yaxşı bükün, formaya qoyun.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, əti 2-2,5 saat ərzində bişirin.

6. Əti folqada soyudun, tikələrə doğrayın.

Nuş olsun!

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика