Nar şirəsi ilə QOYUN ƏTİ. Sadə və dadlı!

İnqrediyent:

- 600-700 qr qoyun əti

- 2 baş soğan

- 3 x.q. narşərab

- 1 stəkan bulyon (bulyon yoxdursa, 1 stəkan su)

- duz, istiot, dəfnə yarpağı (lavroviy list).

Hazırlanması:

1. Soğanı doğrayın, bitki yağında yumşalana qədər qızardın, doğranmış əti əlavə edin, bir qədər qızardın.

2. Narşərab və bulyon əlavə edin, vam odda hazır olana qədər bişirin.

3. Hazır olana yaxın duz, istiot və dəfnə yarpağı əlavə edin. Hazır olanda dəfnə yarpağını çıxardın.

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...