Çox dadlı və tez hazırlanan yeməkdir. Masaya kartof püresi, tərəvəz salatı ilə verilə bilər.
İnqrediyentlər:
- 2 toyuq sinəsi
- 200 qr xana
- 100 qr pendir
- 3-4 diş sarımsaq
- duz, istiot
Hazırlanması:
1. Xamaya duz, istiot, əzilmiş sarımsaq əlavə edin, qarışdırın. Xamanı toyuğa çəkin, 1 saat saxlayın.
2. Formaya toyuğu qoyun, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, sobaya qoyun.
3. Toyuğun 180 C-də 45-50 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az