Qara gavalı ilə qoyun əti. NƏFİS DAD!

Tərkib:

- 1 kq qoyun əti

- 150 qr qara gavalı (çəyirdəksiz)

- 1 çubuq darçın (və ya 1 ç.q.)

- 2 baş soğan

- duz, istiot, bitki yağı

Hazırlanması:

1. Soğanı uzun-uzun, qara gavalını kiçik tikələrə doğrayın.

2. Soğanı bitki yağına bir qədər qızardın, tikələrə doğranmış ət əlavə edin, bir neçə dəqiqə qızardın, sonra qapağını örtün, vam odda 10-15 dəqiqə bişirin.

3. Qara gavalı, darçın və 100 ml su (və ya bulyon) əlavə edin, vam odda 30-40 dəqiqə bişirin.

4. Duz, istiot əlavə edin, qarışdırın, yenə 10 dəqiqə bişirin.

5. Masaya düyü ilə verin.

Nuş olsun!

Evdarliq.az



 

 

.