Badımcan və pomidorla toyuq sobada. Sadə və ləzzətli!

 

Tərkib:

- 1 orta badımcan

- 2 toyuq filesi

- 5 pomidor

- 150 qr holland pendiri

- duz, istiot

- 1 x.q. mayonez

- 1 diş sarımsaq

Hazırlanması:

1. Fileni nazik doğrayın, duz, istiot, mayonez, sıxılmış sarımsaq vurun, 1 saat saxlayın.

2. Badımcanı nazik yumru doğrayın, duzlu suda 20 dəqiqə saxlayın, mətbəx dəsmalının üzərində qurudun.

3. Formaya kərə yağı çəkin, badımcanın yarısını düzün, üzərinə sürtgəcdən keçirilmiş pendirin yarısını  səpin, sonra toyuğu, üzərinə halqalar şəklində doğranmış pomidorları düzün. Daha sonra badımcanın qalan hissəsini düzün və sürtgəcdən keçirilmiş pendiri səpin.

4. Sobanı 180 C qədər qızdırın, formanı sobaya qoyun, 45 dəqiqə bişirin.

5. Masaya verəndə üzərinə xırda doğranmış sarımsaq, göyərti səpmək olar.

Nuş olsun!

Evdarliq.az



 

 

.