Pomidor və soğanla balıq

Tərkib:

- 1 kq balıq (kütüm, treska, forel, mintay)

- 1 baş soğan

- 2 kök

- 2 iri ətli pomidor

- duz, istiot, sarıkök, 2-3 dəfnə yarpağı ("lavroviy list")

Hazırlanması:

1. Balığı təmizləyin, tikələrə doğrayın, duz, istiot vurun, 1 saat soyuducuda saxlayın. Sonra isti tavada hər iki tərəfdən təxminən 2-3 dəqiqə qızardın, salfetin üzərinə qoyun.  

2. Soğanı nazik doğrayın, kökü sürtgəcədn keçirin, pomidorun qabığını soyun, tikələrə doğrayın.

3. Soğanı bitki yağına yumşalana qədər qızardın, kök və pomidoru əlavə edin, qarışdırın, vam odda 10 dəqiqə bişirin. Duz, istiot, sarıkök, dəfnə yarpağı  əlavə edin, qarışdırın.

4. Tərəvəzlərin yarısını boşqaba qoyun, tavaya balığı qoyun, üzərinə qalan tərəvəzləri qoyun, vam odda 20 dəqiqə bişirin. Hazır olanda dəfnə yarpağını çıxardın. 

5. Masaya verəndə üzərinə xırda doğranmış göyərti tökün.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .