Kiyev kotletləri. Sadə resept

Kiyev kotletləri kifayət qədər mürəkkəb yeməkdir. Sizə Kiyev kotletlərinin sadə reseptini təqdim edirik.   

Tərkib:

- 2 toyuq sinəsi

- 30 qr kərə yağı

- şüyüd

- 1 yumurta

- un

- üyüdülmüş suxarı

Hazırlanması:

1. Yumşaq kərə yağını xırda doğranmış şüyüdlə qarışdırın, kolbasa formasında plyonkaya bükün, dondurucu kamerasında 30 dəqiqə saxlayın.   

2. Hər toyuq sinəsi uzunasına 2 hissəyə bölünür. Hər hissəni mətbəx çəkici ilə yaxşı döyəcləyin ki, yastı olsun.    

3. Yağı soyuducudan çıxardın, tikələrə bölün, toyuğun bir qırağına qoyun, rulet formasında bükün, dondurucu kamerada 10 dəqiqə saxlayın.

4. Kotletləri əvvəl unlayın, sonra yumurtaya və sonda suxarıya batırın. 2-ci dəfə yenə təkrar yumurtaya və suxarıya batırın. Bu yağın kotletlərdən axamasının qarşısını alır.

5. Bitki yağını tavada yaxşı qızdırın, kotletləri qızılı rəng alana qədər qızardın. Sonra qabaqcadan 200 C qədər qızdırılmış sobada 10 dəqiqə bişirin.

6. Kotletləri masaya qızardılmış kartofla verin.

Nuş olsun!

Evdarliq.az  




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI