Tərkib:
- 1 kq kartof
- 800 qr balıq filesi
- 250 qr qaymaq
- 100 qr holland pendiri
- 30 qr kərə yağı
- 1 soğan
- 1 ç.q. limon şirəsi
- duz, istiot, ədviyyatlar (zövqə görə)
Hazırlanması:
1. Fileni yuyun, tikələrə doğrayın, duz, ədviyyatlar və limon şirəsi əlavə edin, yaxşı qarışdırın, 1 saat saxlayın.
2. Kartofu doğrayın, duz, istiot, uzun-uzun doğranmış soğan əlavə edin, qarışdırın.
3. Formaya kərə yağı çəkin, kartof, sonra balıq düzün, üzərinə qaymaq tökün.
4. Formanı folqa ilə örtün, 180 C qədər qızdırılmış sobada 30-40 dəqiqə ərzində bişirin.
5. Formanı sobadan çıxardın, folqanı götürün, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, sobaya qoyun, pendir əriyəndə sobadan çıxardın.
6. Üzərinə doğranmış göyərti səpin.
Nuş olsun!
Evdarliq.az