Ətlə noxud şorbası

Tərkibi:

- 500 q sümüksüz mal əti

- 1 stəkan noxud

- 2 kartof

- 1 kök

- 1 baş soğan

- duz, istiot, sarıkök

Hazırlanması:

1. Noxudu 2 saat ərzində suda isladın.

2. Əti yuyun, doğrayın, üzərinə 2 litr su tökün, hazır olana qədər bişirin. Əti çıxarıb qaba yığın.

3. Bulyonu yaxşı süzün, noxudu yuyun, bulyona əlavə edin. Noxud yumşalanda kub şəklində doğranmış kartof əlavə edin.

2. Yerkökünü sürtgəcin orta gözündən keçirin, soğanı xırda doğrayın, yağda qızardın.

3. Kartof yumşalanda əti və soğanla kökü əlavə edin, daha 5 dəqiqə bişirin. Bişənə yaxın zövqə görə duz, istiot, sarıkök əlavə edin.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .