KARRİ toyuğu. Sadə və çox dadlı

Tərkibi:

- 500 qr toyuq filesi

- 200 qr 10-20% qaymaq

- 100 qr baş soğan

- 1-2 ç.q. karri

- duz

- bitki yağı (qızartmaq üçün)

Hazırlanması:

1. Toyuq filesini uzun-uzun doğrayın.  

2. Soğanı xırda doğrayın.

3. Tavada bitki yağını qızdırın, file qoyun, qarışdıra-qarışdıra qızardın.

4. Soğan əlavə edin, 2-3 dəqiqə qızardın.

5. Duz vurun, karri əlavə edin.  

6. Qaymaq əlavə edin, qarışdırın.

7. Qaynamağa başlayanda vam odda 20 dəqiqə bişirin.

8. Sous bir qədər qatılaşmalıdır.

9. Toyuğu masaya bişmiş uzun düyü ilə verin. Toyuğun üzərinə doğranmış göyərti səpmək olar.

Nuş olsun!

Evdarliq.az


.