Qırmızı lobya supu

Tərkibi:

- 1, 5 l bulyon

- 1 stəkan qırmızı lobya

- 1 baş soğan

- 1 kök

- 1 x.q. tomat

- 2 orta ölçüdə kartof

- yarım dəstə cəfəri

- duz, istiot, sarıkök

Hazırlanması

1. Lobyanı axşamdan isladın, səhər suyu süzün, lobyanı yaxşı yuyun, ağzı bağlı qazanda yumşalana qədər bişirin.

2. Yağda soğan, kök, xırda doğranmış cəfəri qızardın. Tomat əlavə edin, 1-2 dəqiqə qızardın.

3. Kartofu kub şəklində doğrayın.

4. Bulyona kartof əlavə edin, yumşalana qədər bişirin.

4. Qızardılmış tərəvəzləri, lobyanı, duz, istiot, sarıkök əlavə edin, hazır olana qədər bişirin.

Nuş olsun!

Evdarliq.Az




loading...

Kariyes, dişlərin ağardılması, implantasiya, dişlərin düzgün təmizlənməsi...